Operativ Məlumat Mərkəzi

Qayınatasını öldürməyə cəhd edən şəxs saxlanılıb

2 dəq
Paylaş:
Qayınatasını öldürməyə cəhd edən şəxs saxlanılıb
Saatlıda qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Saatlı rayon prokurorluğundan...

Saatlıda qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli şəxs tutulub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Saatlı rayon prokurorluğundan bildirilib.

Aprelin 30-u saat 12 radələrində Saatlı rayonu kənd sakinləri - 2004-cü il təvəllüdlü Əminə Əmirova və atası, 1980-ci il təvəllüdlü Əmirovun xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 2002-ci il təvəllüdlü Əli Mirilinin aralarında yaranmış mübahisə zamanı arvadı Əminə Əmirovaya bıçaqla xəsarət yetirməsi və həmin vaxt mübahisəyə müdaxilə etmək istəyən qayınatası Kamal Əmirova da bıçaqla xəsarətlər yetirərək sonuncunu öldürməyə cəhd etməsinə əsaslı müəyyən edilib.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə başlanıb. Əli Mirili şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax