Operativ Məlumat Mərkəzi

Qaxda Azərbaycan polisinin yaranmasının 105 illiyi qeyd olunub

2 dəq
Paylaş:
Qaxda Azərbaycan polisinin yaranmasının 105 illiyi qeyd olunub

Qaxda polisinin yaranmasının 105 illiyi qeyd olunub.

Daxili İşlər Nazirliyinin xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, tədbirdə polis şöbəsinin şəxsi heyəti, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və veteranlar iştirak ediblər.

İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhər ərazisində ucaldılan abidəsini, daha sonra isə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

Qax şəhər Mərkəzində davam edən tədbirdə ilk öncə Ümumilli Liderin və şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər, daha sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Vidadi Qurbanov əvvəlcə naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. Müstəqil dövlətçiliyimizin qorunmasında, ölkədə sabitliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb.

Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman və digər mükafatlar, polis veteranlarına isə hədiyyələr təqdim olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax