Əsas məzmuna keç

Qarabağa iyun ayı üçün avtobus biletləri satışa çıxarılır

Qarabağa iyun ayı üçün avtobus biletləri satışa çıxarılır

sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq...

Rəqəmsal İnkişaf və Nazirliyinin tabeliyindəki Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad ərazilərə təşkil etdiyi avtobus reyslərinə iyun ayı üçün biletlər 27 may 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 729 reys həyata keçirilib, 29718 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…