Operativ Məlumat Mərkəzi

“Qarabağ” tarixi qələbə qazandı

2 dəq
Paylaş:
“Qarabağ” tarixi qələbə qazandı

UEFA Çempionlar Liqasında əsas mərhələyə verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "" da əsas mərhələdə mübarizəyə başlayıb.

Son ölkə çempionu ilk sınağına Portuqaliyada çıxıb. İkinci dəfə turnirin əsas mərhələsinə vəsiqə qazanan Ağdam təmsilçisi Lissabonda "Benfika"nın qonağı olub. "Da Luş" stadionda keçirilən görüş komandamızın qələbəsi ilə başa çatıb.

Oyuna inamsız başlayan "Qarabağ" 6 və 16-cı dəqiqələrdə buraxılan qollarla hesabda 2 top ilə geri düşüb. Buna baxmayaraq, ruhdan düşməyən çempionu 30-cu dəqiqədə Leandro Andradenin qolu ilə hesab arasındakı fərqi azaldıb. İlk hissə rəqibin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci yarıya əla start verən ağdamlılar yeni transferi Kamilo Duranın dəqiq zərbəsi ilə tarazlığı bərpa edib. Matçda son nöqtəni isə 86-cı dəqiqədə Aleksey Kaşuk qoyub. Bununla da "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" komandasına qarşı keçirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax