Operativ Məlumat Mərkəzi

Qarabağ Regional Təhsil İdarəsinin mühasibi ilə bağlı cinayət işi başlanılıb

2 dəq
Paylaş:
Qarabağ Regional Təhsil İdarəsinin mühasibi ilə bağlı cinayət işi başlanılıb

Dövlət vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı başlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun Xidmətindən məlumat verilib.

Bildirilib ki, Təhsil idarəsinin mühasibi Böyükkişi Abbasovun qanunsuz əməlləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Böyükkişi Abbasovun Bərdə rayonunda orta məktəblərin əmək müqaviləsinə xitam verilən, habelə hazırda çalışan işçilərinin adına qanunsuz olaraq rəsmiləşdirdiyi ödənişləri özünə məxsus bank kartına köçürməsinə və bununla da, ümumilikdə 114 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax