Operativ Məlumat Mərkəzi

QAİ Fransa siyasi dairələrində geniş vüsət almış azərbaycanofobiyanı kəskin şəkildə qınayıb

2 dəq
Paylaş:
QAİ Fransa siyasi dairələrində geniş vüsət almış azərbaycanofobiyanı kəskin şəkildə qınayıb

Fransanın siyasi dairələri təxribatçı əməllərini davam etdirirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İcmasının bəyanatında deyilir.

Bəyanatda, həmçinin qeyd edilir: "Bu günlərdə Fransanın Lion şəhərinin meri Duse erməni diasporasının bir qrup radikal üzvləri ilə birlikdə “böyük ” adlanan sərsəm xülyanın xəritə təsviri qarşısında fotoşəkil çəkdirərək, region ölkələrinin ərazi bütövlüyünə qarşı qəsd etmiş və regionda gərginliyi artırmaq üçün Ermənistandan alət kimi istifadə etməyə cəhd etmişdir.

Xatırladaq ki, Qreqori Duse vaxtilə məlum separatçı dairələrlə müntəzəm görüşlər keçirərək, Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyətə fəal dəstək vermişdir. Bundan əlavə, Lion meri Ermənistanda mədəni irsinin yer üzündən silinməsində yaxından iştirak edir. Məhz onun təşəbbüsü ilə, Lion meriyası və İrəvan bələdiyyəsi İrəvandakı tarixi Təpəbaşı məhəlləsinin qalıqlarının dağıdılması layihəsinə başlamışlar.

Qərbi Azərbaycan İcması Qreqori Dusenin təxribatçı hərəkətlərini və Fransa siyasi dairələrində vüsət almış Azərbaycanofobiyanı kəskin şəkildə qınayır və Fransadan destruktiv əməllərinə son qoymağı tələb edir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qərbi Azərbaycan

Hamısına bax