Operativ Məlumat Mərkəzi

“Qaçqınkom”un sədri vətəndaşların müraciətlərini dinləyib

2 dəq
Paylaş:
“Qaçqınkom”un sədri vətəndaşların müraciətlərini dinləyib

Avqustun 6-da Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rzayev vətəndaşlarla görüşüb.

Dövlət Komitəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, görüşdə İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlərin həyata keçirildiyi bildirilib. Birinci xanım Mehriban Əliyevanın da müharibədən çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub.

Komitə sədrinin fərdi qaydada görüşdüyü məcburi köçkünlər tezliklə doğma yurda qayıdacaqlarına olduqlarını bildiriblər. Görüşdə iştirak edən vətəndaşların müraciətləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.

Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax