Operativ Məlumat Mərkəzi

Prezidentin köməkçisi Yaponiyanın Baş nazirinin müşaviri ilə görüşüb

2 dəq
Paylaş:
Prezidentin köməkçisi Yaponiyanın Baş nazirinin müşaviri ilə görüşüb

Yaponiyada səfərdə olan Prezidentinin köməkçisi, ölkəmizin “ 2025” üzrə baş komissarı Anar Yaponiyanın Baş nazirinin müşaviri Akihisa Naqaşima ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə Azərbaycan- arasında müxtəlif sahələri əhatə edən məsələləri və birgə layihələr müzakirə olunub.

Baş nazirin müşaviri Akihisa Naqaşima ölkələrimizin energetika, neft-qaz sahələrində əməkdaşlığının yüksək templə inkişaf etdiyini, bərpaolunan enerji sahəsində əməkdaşlığın böyük perspektivlərinin olduğunu deyib.

O, Azərbaycanın Osakada keçirilən “Ekspo 2025”də fəal iştirakına görə təşəkkür edib, sərgidəki milli pavilyonun Azərbaycanın zəngin mədəni irsini nümayiş etdirdiyini bildirib.

Anar Ələkbərov Azərbaycan Prezidentinin Yaponiya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib, müxtəlif sahələrdə əməkdaşlıq üçün ölkələrimizin geniş potensialının olduğunu qeyd edib.

O, işğaldan azad olunan bölgələrdə aparılan bərpa-quruculuq işlərindən söz açaraq, yapon şirkətlərini də bu layihələrdə fəal iştiraka dəvət edib.

Xalqlar arasında dostluğun dərinləşdirilməsi istiqamətində humanitar-mədəni tədbirlərin əhəmiyyəti vurğulanıb, o cümlədən paytaxt Tokioda və Osakada Azərbaycan milli gününün keçiriləcəyini diqqətə çatdırıb.

Azərbaycan milli pavilyonunun builki dünya sərgisinin ən çox ziyarət edilənlər sırasında olduğu və “Osaka 2025” sərgisinin ən gözəl 10 pavilyonu sırasına daxil edildiyi bildirilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax