Əsas məzmuna keç

Prezidentin köməkçisi: Etnik azərbaycanlıların İrana agent kimi yerləşdirilməsi iddiaları absurddur

Prezidentin köməkçisi: Etnik azərbaycanlıların İrana agent kimi yerləşdirilməsi iddiaları absurddur

bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında...

Son günlər bəzi media qurumlarında və platformalarında Azərbaycanla bağlı tamamilə əsassız və uydurma məlumatlar yayılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentinin köməkçisi – Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri "X" hesabında yazıb.

“Son zamanlar bəzi media və sosial media hesablarında tamamilə əsassız və uydurma iddialar yayılıb ki, guya Azərbaycan azərbaycanlıları agent kimi cəlb edib və onları İsrail adından İrana yerləşdirir. Bu cür absurd və fantaziyaya əsaslanan iddiaların reallıqla heç bir əlaqəsi yoxdur və qəsdən dezinformasiyadan başqa bir şey deyil. Bu cür saxta xəbərləri və əsassız ittihamları qəti şəkildə rədd edirik”, - o qeyd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…