Əsas məzmuna keç

Prezident Monteneqronun yeni seçilmiş Prezidentini təbrik edib

Prezident Monteneqronun yeni seçilmiş Prezidentini təbrik edib

İlham Əliyev Monteneqronun yeni Prezidenti Milatoviçi təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Milatoviç,

Monteneqronun Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Monteneqro dostluq və əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…