Əsas məzmuna keç

Prezident: "İşğal dövründə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Bosniya və Herseqovinanın mövqeyi bizim üçün çox önəmli idi"

Prezident: "İşğal dövründə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Bosniya və Herseqovinanın mövqeyi bizim üçün çox önəmli idi"

bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə...

Bu gün biz geniş fikir mübadiləsi əsnasında Bosniya və Herseqovina-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı vahid mövqeyə gəlmişik. Yəni, bu əlaqələr bundan sonra yüksələn xətlə inkişaf edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə mətbuata bəyanatında deyib.

Əlaqələrimizin tarixinin də çox gözəl olduğunu vurğulayan bildirib:

"Xüsusilə siyasi müstəvidə aparılan məsləhətləşmələr və əlaqələr münasibətlərimizi yüksək səviyyəyə qaldırmışdır. Biz təşkilatlar çərçivəsində bir-birimizi bütün məsələlərdə dəstəkləmişik və bu dəstək bu gün də hiss olunur. Xüsusilə işğal dövründə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Bosniya və Herseqovinanın bizim üçün çox önəmli idi".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…