Operativ Məlumat Mərkəzi

Prezidentdən Ermənistan ermənilərinə mesaj: "Bizim heç bir ərazi iddiamız yoxdur"

1 dəq
Paylaş:
Prezidentdən Ermənistan ermənilərinə mesaj: "Bizim heç bir ərazi iddiamız yoxdur"

İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində jurnalistin Ermənistandakı ermənilərə mesajının nədən ibarət olacağı ilə bağlı sualını cavablandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “Əgər onlar mənim söylədiklərimə qulaq asırlarsa, mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, baxmayaraq ki, müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Bununla belə, bizim heç bir ərazi yoxdur”.

İlham Əliyev, həmçinin əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququnun olduğunu diqqətə çatdırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax