Əsas məzmuna keç

Prezident İlham Əliyev Pakistanın neft nazirini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Pakistanın neft nazirini qəbul edib - YENİLƏNİB

söhbət zamanı bir neçə gün əvvəl Laçında Azərbaycan, Türkiyə Prezidentlərinin və Pakistanın Baş nazirinin üçtərəfli görüşü xatırlandı, bu tədbirin...

Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Pakistan İslam Respublikasının neft naziri Əli Pervaiz Maliki qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, söhbət zamanı bir neçə gün əvvəl Laçında Azərbaycan, Prezidentlərinin və Pakistanın Baş nazirinin üçtərəfli görüşü xatırlandı, bu tədbirin arasında qardaşlığın və həmrəyliyin nümayişi olduğu bildirildi.

Azərbaycanla Pakistan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığımızın sahəsini də əhatə etdiyi vurğulandı.

“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 30-cu Yubiley Xəzər Neft və Qaz və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin önəminə toxunularaq, enerji sahəsində qlobal səviyyədə əməkdaşlığın genişləndirilməsi baxımından bu mühüm tədbirlərin rolu qeyd edildi.

Görüşdə ölkələrimiz arasında enerji, həmçinin bərpaolunan enerji sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərə dair müzakirələr aparıldı.

Qonaq Azərbaycan şirkətlərini Pakistanın enerji sektorunun imkanları ilə tanış olmağa dəvət etdi.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…