Operativ Məlumat Mərkəzi

Prezident İlham Əliyev Mərakeşin Kralını təbrik edib

2 dəq
Paylaş:
Prezident İlham Əliyev Mərakeşin Kralını təbrik edib

İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Əziz Qardaşım,

30 İyul – Mərakeş Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı .

İslam həmrəyliyi, ortaq dini-mənəvi dəyərlər ilə bir-birinə bağlı olan xalqlarımız və arasında əlaqələr bizim üçün böyük əhəmiyyət daşıyır. Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən dövlətlərarası münasibətlərimizin bugünkü səviyyəsi məmnunluq doğurur.

Əminəm ki, ənənəvi dostluq əlaqələrimiz, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da möhkəmlənəcək və yeni məzmunla zənginləşəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax