Operativ Məlumat Mərkəzi

Prezident İlham Əliyev keniyalı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib

2 dəq
Paylaş:
Prezident İlham Əliyev keniyalı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib

İlham Əliyev Keniya Prezidenti Uillyam Samoei Rutoya ölkənin milli bayramı olan Günü münasibətilə göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

“Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Bu il Azərbaycanın Keniyada Səfirliyinin fəaliyyətə başlaması ikitərəfli münasibətlərimizin yeni müstəviyə keçməsinin bariz nümunəsidir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Keniya əlaqələrinin dostluq məcrasında inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın uğurla davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax