Operativ Məlumat Mərkəzi

Prezident: "Bölgədə gündəliyi müəyyən edən yenə də biz olduq"

2 dəq
Paylaş:
Prezident: "Bölgədə gündəliyi müəyyən edən yenə də biz olduq"

İkinci müharibəsindən sonra bölgədə gündəliyi edən yenə də biz olduq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri iyunun 23-də , Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı səsləndirib.

Bu gün regionda proseslərin yenə də təkliflərimiz əsasında cərəyan etdiyini diqqətə çatdıran Ali Baş Komandan müharibədən sonrakı ilk aylarda Ermənistanın havadarlarının köhnə tezisləri qəbul etdirməyə çalışdıqlarını bildirərək deyib: “Biz isə bunu qətiyyətlə rədd etdik. Bu gün hər kəs görür ki, vaxtilə Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələr artıq tamamilə fərqli açıqlamalar verirlər. Görürük ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən rəhbərləri indi mənim sözlərimi təkrarlayırlar: “Qarabağ Azərbaycandır!” Yəni, bütün bunlar bizim son iki il yarım ərzində apardığımız siyasətin nəticəsidir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax