Operativ Məlumat Mərkəzi

Prezident: Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır

2 dəq
Paylaş:
Prezident: Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır

Gürcüstanla Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İlham Əliyev yanvarın 17-də Gürcüstanın İrakli Kobaxidze ilə mətbuata bəyanatında deyib.

qeyd edib ki, Azərbaycanla Gürcüstan birlikdə yaşıl enerji layihələrini də həyata keçirir:

“Bu da hökumətlərimizin məsuliyyətini bir daha göstərir. Çünki bu gün bu enerji də bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Bu gün mənə verilən məlumata görə, yaşıl enerji layihəsi də uğurla icra edilir. Hesab edirəm ki, bütün digər layihələr kimi, bu layihənin də uğurla başa çatması şansı böyükdür”.

vurğulayıb ki, bu gün, eyni zamanda Kobaxidze ilə təkbətək söhbət əsnasında bağlantılar və Orta Dəhliz layihəsi müzakirə edilib:

“Bizim ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də əminəm ki, uğurla başa çatdıracaq. Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax