Əsas məzmuna keç

Prezident: "Frankofoniya sammitində yekun sənədə anti-Azərbaycan bəndinin daxil edilməsi cəhdinin qarşısını alan Albaniya oldu"

Prezident: "Frankofoniya sammitində yekun sənədə anti-Azərbaycan bəndinin daxil edilməsi cəhdinin qarşısını alan Albaniya oldu"

bu fikirləri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında söyləyib. Həmin addım dostluğun, eləcə də ölkələrin ərazi...

"Ötənilki Frankofoniya sammitində Azərbaycana verdiyi dəstəyə görə mən cənab Prezidentə və hökumətinə artıq öz minnətdarlığımı bildirdim. O vaxt Frankofoniya Təşkilatının üzv dövlətlərindən biri yekun sənədə bir bəndi əlavə etmək və qəbul etdirməyə cəhd göstərdi. Bu, anti-Azərbaycan mahiyyəti olan bənd idi. Məhz Albaniya həmin bəndin qarşısını alan ölkə oldu".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında söyləyib.

Həmin addım dostluğun, eləcə də ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi hüququn əsas prinsiplərinə qəti sadiqliyin təzahürü olduğunu vurğulayan deyib: “Hətta özünü müdafiə etmək fürsətinə malik olmadığı təşkilatlarda belə bizim Albaniya kimi qardaş ölkəmiz var və o, bu dəstəyi verdi. Buna görə, biz çox minnətdarıq”.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…