Operativ Məlumat Mərkəzi

Prezident: "Ermənistandan təklifimizə dair qeydləri gözləyirik"

2 dəq
Paylaş:
Prezident: "Ermənistandan təklifimizə dair qeydləri gözləyirik"

"Ermənistandan təklifimizə dair qeydləri ".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikri İlham Əliyev noyabrın 20-da Bakıda İraq Prezidenti Camal Rəşid ilə mətbuata bəyanatında deyib.

"Beləliklə, bu, vəziyyətin tarixçəsidir. İndi isə biz növbəti mərhələyə gəlirik. Növbəti mərhələdə isə biz - mən bunu cənab Prezidentə bildirdim, - Ermənistandan təklifimizə dair qeydləri gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin indi biz sentyabrın 11-dən bəri hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib.Yenə də bunun səbəbinin onlara pis məsləhətlərin, xüsusilə Fransadan pis məsləhətlərin verilməsinin olduğunu düşünürəm. Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır", - qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax