Operativ Məlumat Mərkəzi

Prezident bu qanuna dəyişiklik etdi - 30.10.2024

2 dəq
Paylaş:
Prezident bu qanuna dəyişiklik etdi - 30.10.2024

Azərbaycanda turizm və rekreasiya zonalarının ərazilərində edilən hallar təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İlham Əliyev “Turizm haqqında” qanuna dəyişikliyi edib.

Turizm və rekreasiya zonalarının ərazilərində aşağıdakılar qadağandır:

- kimya sənayesi, metallurgiya, nüvə energetikası ilə bağlı ;

- iri sənaye müəssisələrinin, texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin fəaliyyəti;

- tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin fəaliyyəti, habelə bu məqsədlə qurğuların, poliqonların quraşdırılması ilə bağlı fəaliyyət;

- “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun əlavəsində nəzərdə tutulan fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (MTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax