Operativ Məlumat Mərkəzi

Prezident COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub - FOTO

2 dəq
Paylaş:
Prezident COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub - FOTO

Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezidentin köməkçisi Anar dövlət başçısına COP29 məkanının tədbirə hazırlıq vəziyyətinə gətirilməsi barədə məruzə edib.

Eyni zamanda, dövlət başçısına ümumilikdə bu tədbirlə bağlı stadionun 49 hektarlıq perimetrində Mavi Zona üzrə aparılan , məkanların dizaynı, qonaqlar üçün müxtəlif xidmətlərin təşkili, paytaxtda əməliyyatlarının hazırlığı, qonaqların yerləşdirilməsi prosesi və digər işlər barədə məlumat verilib. Həmçinin 8 hektar ərazidə qurulan Yaşıl Zona ilə bağlı görülən işlər məruzə edilib.

Qeyd olunub ki, ölkəmizdə COP29-un yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülür, lazımi infrastruktur yaradılır.

İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax