Operativ Məlumat Mərkəzi

Prezident Azərbaycanın D-8-ə qəbul edilməsindən danışdı

1 dəq
Paylaş:
Prezident Azərbaycanın D-8-ə qəbul edilməsindən danışdı

Azərbaycanın D-8-ə qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İlham Əliyev yanvarın 7-də televiziya kanallarına müsahibəsində deyib.

Otuz ilə yaxın bundan əvvəl təşkilatın birinci genişlənmə qərarından sonra qəbul edilən ilk üzvün olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, aləmdə rolumuzu göstərir. Prezident, həmçinin qeyd edib: “Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax