Operativ Məlumat Mərkəzi

Polşa diplomatı Belarus XİN-ə çağırılıb

1 dəq
Paylaş:
Polşa diplomatı Belarus XİN-ə çağırılıb

Polşanın müvəqqəti işlər vəkili 9-10 avqust tarixlərində Varşavada keçirilməsi aksiya ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" BELTA-ya istinadən xəbər verir ki, bu barədə qurumun Ruslan Varankov bildirib.

XİN-in məlumatına görə, Pilsudski meydanında və Varşava Universitetində keçiriləcək tədbir Belarusa qarşı yönəlib.

"Aksiyanın təşkilatçıları və iştirakçıları rəsmi Varşavanın dəstəklədiyi, destruktiv və təxribatçı fəaliyyətləri ilə tanınan belaruslu mühacirlərdir. Nazirlik hesab edir ki, bu cür aksiyalar dövlətlərimiz arasında normal dialoqun bərpasına kömək etmir və birbaşa Belarus- münasibətlərinə xələl gətirir", - o bildirib.

Bununla əlaqədar səfirə müvafiq nota təqdim edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax