Operativ Məlumat Mərkəzi

Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir

2 dəq
Paylaş:
Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir

İsti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirlər çərçivəsində polis naryadları sürücülərlə profilaktik apararaq sürət həddinə əməl olunmasının və sərxoş vəziyyətdə avtomobil idarə edilməsinin yolverilməzliyi barədə məlumat verirlər.

Çimərlik ərazilərində asayişin qorunması və ictimai qaydanın təmin olunması məqsədilə vətəndaşlarla maarifləndirici söhbətlər aparılır. Onlara istirahət etdikləri əraziləri çirkləndirməmək, azyaşlılar üzərində nəzarəti gücləndirmək və üzləşdikləri neqativ hallarla bağlı dərhal polis əməkdaşlarına məlumat vermək tövsiyə olunur.

Tədbirlər zamanı dəniz kənərında insanların sıx olduğu yerlərdə müxtəlif növ vasitələri idarə edən şəxslərlə də profilaktik söhbətlər aparılır, qaydaları izah edilir.

Qeyd edək ki, bu tipli profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax