Əsas məzmuna keç

Peskov: Rusiya qarşıdan gələn BRİKS sammitində iştirak edəcək

Peskov: Rusiya qarşıdan gələn BRİKS sammitində iştirak edəcək

6-7 iyulda Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİKS sammitində iştirak edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS-a Rusiya prezidentinin katibi Dmitri Peskov bildirib.

"Rusiya BRİKS-in təsisçi üzvüdür. Və təbii ki, o, bütün proseslərdə, bütün formatlarda iştirak edir", - Kreml nümayəndəsi açıqlayıb.

Qeyd edək ki, BRİKS – Braziliya, Rusiya, Hindistan, Çin və Afrikanın daxil olduğu iqtisadi-siyasi ittifaqdır. Bu qurum 2009-cu ildə BRİK kimi yaradılıb, 2010-cu ildə Cənubi Afrikanın qoşulması ilə BRİKS adını alıb.

İttifaqın əsas məqsədi Qərb dünyasının, xüsusilə ABŞ və Avropa Birliyinin qlobal siyasət və iqtisadiyyatda dominantlığına alternativ güc mərkəzi formalaşdırmaqdır.

Üzv dünya əhalisinin 40 faizini, ümumi iqtisadiyyatın isə təxminən 25 faizini təşkil edir.

BRİKS Yeni İnkişaf Bankı vasitəsilə maliyyə əməkdaşlığını gücləndirir, ticarət, texnologiya, enerji və infrastruktur sahələrində birgə layihələr həyata keçirir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…