Operativ Məlumat Mərkəzi

Pentaqon: Qəzzaya humanitar yardımın çatdırılması üçün müvəqqəti limanın tikintisi 60 gün çəkə bilər

2 dəq
Paylaş:
Pentaqon: Qəzzaya humanitar yardımın çatdırılması üçün müvəqqəti limanın tikintisi 60 gün çəkə bilər

Pentaqonun sözçüsü briqada generalı gündəlik konfransında sözügedən limanla bağlı sualları cavablandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qəzzada müvəqqəti limanın quraşdırılmasının bölgədəki müttəfiqləri və tərəfdaşları ilə birlikdə həyata keçiriləcəyini Rayder, limanın qurulması üçün Virciniya əyalətindəki 7 briqadasının əsgərlərinə həvalə edildiyini qeyd edib.

Müvəqqəti limandan yardımların çatdırılması əməliyyatları zamanı ABŞ əsgərlərinin Qəzzada sahəyə getməyəcəyini bildirən Rayder, İsrailin sahədə təhlükəsizliyi təmin edib etməyəcəyi suallarını cavablandırıb: “Bölgədəki tərəfdaşlarımızla plan və koordinasiyaya davam edirik".

Müvəqqəti limanın inşası üçün 1000-dən çox ABŞ qüvvəsinə ehtiyac olacağını bildirən Rayder, limanın tikintisinin 60 gün çəkə biləcəyini və daha sonra Qəzzaya gündə 2 milyon yemək veriləcəyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax