Operativ Məlumat Mərkəzi

Pensiya artımları bu tarixdən ÖDƏNİLƏCƏK

2 dəq
Paylaş:
Pensiya artımları bu tarixdən ÖDƏNİLƏCƏK

Yanvar ayından bütün növ pensiyaları artırılacaq. rəqəmlərə görə, 1 milyondan çox vətəndaşın pensiyasında artım olacaq.

Bəs pensiya artımları hansı tarixdən etibarən ödənilməyə başlanılacaq?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, gələn aydan etibarən əmək pensiyalarında artımların olacağı nəzərdə tutulub.

"Həm yaşa görə əmək pensiyası , həm ailə başçısını itirməyə görə əmək pensiyası alan, eləcə də əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğləri 2024-cü ildə nominal orta əmək haqqına uyğun olaraq artırılacaq. Eyni zamanda, 2024-cü ilin geridə qalan aylarında orta əməkhaqqındakı artım 8% olub və ilin sonuna qədər bu faizin dəyişməyəcəyi halda pensiyalar məhz həmin faizə indeksləşdirilərək artırılacaq. Nəzərə alsaq ki, bu artım faizi hər hansısa dövlət qurumu tərəfindən müəyyənləşmir, bu, qanunvericiliyə uyğun olaraq orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq həyata keçirilən artımlardır. Bu baxımdan qanunvericiliklə əmək pensiyalarındakı artımlar yanvar ayından hesablanacaq".

Vüqar Bayramov — Vikipediya

Deputat qeyd edib ki, orta əməkhaqqı ilə bağlı rəsmi statistikanın yanvarın sonu, fevralın əvvəli elan ediləcək.

Bu baxımdan yanvar artımlarını pensiyaçılarımız fevral ayında fevral artımları ilə birlikdə almaları gözlənilir. Ancaq pensiyaların artımı gələn aydan etibarən həyata keçiriləcək.

Aminə Nəzərova

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax