Əsas məzmuna keç

Paşinyan: Ermənistanın ərazisi çoxumuza məlum deyil

Paşinyan: Ermənistanın ərazisi çoxumuza məlum deyil

Ermənistanın baş naziri Nikol Paşinyan sakinlərin bir çoxunun ölkənin ərazisini tanımamaqda ittiham edib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" yerli...

Ermənistanın baş naziri Nikol sakinlərin bir çoxunun ölkənin ərazisini tanımamaqda ittiham edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" yerli mətbuata istinadən xəbər verir.

“29.743 kilometrlik ərazi çoxlarına tanış deyil. Əsl səviyyədə tanınmış ərazisi və sərhədləri olan Ermənistan Respublikasıdır. Bu çox sadə ifadə kimi görünür, amma son illər bu rəqəmin bir çoxumuza tanış olmadığını görəndə təəccübləndim: 29.743 kvadrat kilometr çoxumuza tanış deyil”, - "Real Ermənistan" ideologiyası layihəsinin ikinci müzakirəsi zamanı deyib.

"Sual yaranır: niyə bu rəqəm bizə tanış deyil, çünki bu, dövlətimizin beynəlxalq səviyyədə tanınmış ərazisidir? Bir sıra məlum vəziyyətlərdə tənqid səsləndi: niyə mən bu və ya digər ölkənin ərazi bütövlüyünü tanıdım? Bunun motivasiyası nədir? Bildirmək istəyirəm ki, bunun üçün ən vacib motivasiya özümüzün əvvəlcə ölkəmizin ərazi bütövlüyünü tanımağımız idi", - o deyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…