Operativ Məlumat Mərkəzi

Paşinyan bölgə qubernatorlarının səlahiyyətlərini azaldır

2 dəq
Paylaş:
Paşinyan bölgə qubernatorlarının səlahiyyətlərini azaldır

Ermənistanın Nikol əvvəllər vilayət qubernatorlarına cavabdeh olan infrastruktur obyektlərini tədricən Nazirlər Şurasının nəzarətinə verir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Joxovurt" qəzeti yazıb.

Bildirilir ki, Paşinyan regionların qubernatorlarını səlahiyyətlərindən məhrum edib: o, avtomobil parkını ixtisar edib, məktəbləri, indi isə xəstəxanaları çıxararaq və Səhiyyə Nazirliyinə verib. Tezliklə “Ermənistanda köhnə feodal institutunu ləğv etdiyini” elan edərək, vilayət qubernatorlarının vəzifələrini tamamilə ləğv edəcək.

Məlumata görə, geniş icmaların başçıları daha çox təsirə malikdir və regiondaxili münasibətləri regional qubernatorlar deyil, icma rəhbərləri tənzimləyir.

Nəşr yazır: “Təbii ki, seçicilər öz səslərini hakim “Mülki müqavilə” partiyasının lehinə verəcəklər”.

Qeyd edək ki, bir qədər əvvəl Paşinyan İctimai Televiziyaya müsahibəsində hakimiyyətinin növbədənkənar seçkilər keçirməyi planlaşdırmadığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax