Əsas məzmuna keç

Paris-2024: İmaməddin Xəlilov paralimpiya çempionu oldu

Paris-2024: İmaməddin Xəlilov paralimpiya çempionu oldu

K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançı finalda türkiyəli Fatih Çəliklə qarşılaşıb. Rəqibinə qalib gələn idmançımız fəxri kürsünün...

parataekvondoçusu İmaməddin Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, K44 kateqoriyasında, 70 kq dərəcəsində yer idmançı finalda türkiyəli Fatih Çəliklə qarşılaşıb.

Rəqibinə qalib gələn idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd ki, bu Azərbaycanın Paris-2024-də qazandığı ikinci medal olub. Paralimpiadanın ilk günündə parataekvondoçumuz Sabir Zeynalov (58 kq, K44) bürünc medal qazanıb.

***

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançı bu mərhələdə Javokhir Alikulovla (Özbəkistan) üz-üzə gəlib.

Rəqibinə 7:2 hesabı ilə qalib gələn Xəlilov finala vəsiqə qazanıb.

Bununla da parataekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…