Operativ Məlumat Mərkəzi

Paraqvay Prezidenti Azərbaycan liderini təbrik edib

1 dəq
Paylaş:
Paraqvay Prezidenti Azərbaycan liderini təbrik edib

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penya İlham Əliyevə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

28 May – Müstəqillik Günü münasibətilə Sizə Paraqvay Respublikasının hökuməti və xalqı adından və şəxsən öz adımdan səmimi qardaşlıq salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu bayram münasibətilə qardaş xalqına sülh, xoşbəxtlik və rifah arzularımı ifadə edir, eyni zamanda Paraqvay Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq və münasibətlərinin daim möhkəmlənməsini diləyirəm.

Fürsətdən istifadə edərək, Zati-alinizə ən dərin hörmət və ehtiramımı bir daha bildirirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax