Operativ Məlumat Mərkəzi

Pakistanın Baş naziri Azərbaycana başsağlığı verib

1 dəq
Paylaş:
Pakistanın Baş naziri Azərbaycana başsağlığı verib

Pakistanın Məhəmməd Şahbaz Şərif AZAL-a sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.

" təyyarəsinin qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Bu hadisə nəticəsində yaşanan insan itkisi ilə əlaqədar qardaşım İlham Əliyevə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Düşüncələrimiz mərhumların ailələri ilədir və yaralananlara tezliklə şəfa diləyirik. Pakistan Azərbaycanın yanındadır", - qeyd edib.

Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər sağ çıxıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax