Əsas məzmuna keç

Pakistanda dəmir yolu stansiyasında partlayış olub, 24 nəfər ölüb

Pakistanda dəmir yolu stansiyasında partlayış olub, 24 nəfər ölüb

olay nəticəsində azı 24 nəfər ölüb, 44 nəfər isə yaralanıb. Bəlucistan polisinin baş müfəttişi Muzzam Ca Ənsari bildirib ki, partlayışın hədəfi quru...

Pakistanın cənub-qərbindəki əyalətində “Kvetta” dəmir yolu stansiyası yaxınlığında baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM"”ə istinadən xəbər verir ki, olay nəticəsində azı 24 nəfər ölüb, 44 nəfər isə yaralanıb.

Bəlucistan polisinin baş müfəttişi Muzzam Ca bildirib ki, partlayışın hədəfi quru qoşunları məktəbinin əsgərləri olub. Onun sözlərinə görə, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.

Polisin baş komandiri Muhammad Balox qeyd edib ki, partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi güman edilir, araşdırma aparılır.

“Partlayış dəmir yolu vağzalında, Pişəvərə gedən ekspress təyinat yerinə getməyə hazırlaşarkən baş verib”, - Balox vurğulayıb.

Hələlik partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…