Əsas məzmuna keç

Ötən il 39 məktəb ləğv edilib, 4 məktəbin isə tipi dəyişdirilib

Ötən il 39 məktəb ləğv edilib, 4 məktəbin isə tipi dəyişdirilib

bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində...

2024-cü ildə Azərbaycanda 39 məktəb ləğv edilib, 25 yenisi yaradılıb və 4 məktəbin tipi dəyişdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub.

Bildirilib ki, Qazax-Tovuz İdarəsinin tabeliyində şəhəri M.Ələkbərov adına tam orta Fizika, riyaziyyat və informatika təmayüllü məktəbə çevrilib, Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində Beyləqan şəhəri 8 nömrəli tam orta məktəbi isə Humanitar fənlər təmayüllü lisey olub.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Qusar rayonu, Çərgün kənd ibtidai məktəbi, Regional Təhsil İdarəsinin tabeliyində olan Şuşa şəhəri 6 nömrəli, Xocalı rayon 2 nömrəli, Ağdam rayonu 149 nömrəli tam orta məktəbləri ləğv edilib.

Bununla yanaşı 2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına 57 təhsil müəssisəsində (3 peşə, 5 məktəbdənkənar, 1 uşaq bağçası, 48 ümumi təhsil müəssisəsi) tikinti-quraşdırma işləri aparılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…