Operativ Məlumat Mərkəzi

Orxan Fikrətoğlu mədəniyyət nazirinin müşaviri təyin olundu

1 dəq
Paylaş:
Orxan Fikrətoğlu mədəniyyət nazirinin müşaviri təyin olundu

Orxan Fikrətoğlu Kino Agentliyinin direktorunun müşaviri ( vəzifələrini icra edən) vəzifəsindən azad edilib, nazirinin müşaviri təyin olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğlu (Orxan Sadıqov) təyinat alıb.

O, Mədəniyyət Nazirliyinin istiqamətləri üzrə bir neçə vacib sahənin koordinasiyasını həyata keçirəcək.

Qeyd edək ki, Orxan Fikrətoğlu uzun müddət müxtəlif media orqanlarında və bir sıra qurumlarda fəaliyyət göstərib.

Bu təyinatadək Mədəniyyət Nazirliyinin tabeliyindəki Respublikası Kino Agentliyinin baş direktorun səlahiyyətlərini müvəqqəti icra edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax