Əsas məzmuna keç

Ordumuzun bölmələri minaatanlardan atəşə tutulub

Ordumuzun bölmələri minaatanlardan atəşə tutulub

bu barədə MN məlumat yayıb. Məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Aşağı Şorca, Əzizli, Zərkənd, Yuxarı...

Martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Ordusunun mövqeləri 19 dəfə atəşə tutulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Məlumata görə, silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Aşağı Şorca, Əzizli, Zərkənd, Yuxarı Zağalı məntəqələri və rayonu istiqamətlərində mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Yellicə, Mollabayramlı, Yuxarı Ayrım və Gədəbəy rayonunun Göyəlli yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan fasilələrlə atəşə tutub.
Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…