Operativ Məlumat Mərkəzi

OPEC Azərbaycanda bu il üçün neft hasilatı üzrə proqnozunu açıqlayıb

2 dəq
Paylaş:
OPEC Azərbaycanda bu il üçün neft hasilatı üzrə proqnozunu açıqlayıb

Neft İxrac Edən Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

OPEC-in proqnozuna görə, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 800 min səviyyəsində olacağı proqnozlaşdırılır. Bu da müqayisədə 60 min barel artım deməkdir və proqnoz göstəricisinə bərabərdir

Hesabata əsasən, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olub, bu da illik müqayisədə 42 min barel azdır.

Xatırladaq ki, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel səviyyəsində olub. 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax