Operativ Məlumat Mərkəzi

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb

2 dəq
Paylaş:
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb

Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili () Səbinə Xankəndi şəhərində erməni əsilli sakinlərləgörüşüb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həssas əhali qrupları üçün sığınacağa da baş çəkib.

Ombudsman Aparatından "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, S.Əliyeva müəssisədə, eləcə də müəssisədən kənarda yaşayan və xidmətlərdən faydalanan erməni əsilli sakinlərin hüquq və azadlıqlarının təmini vəziyyəti ilə maraqlanıb, Ombudsmanın səlahiyyətləri barədə ətraflı məlumat verib. Eləcə də psixoloq və sosial işçilər tərəfindən sakinlərə sosial xidmətlər, qida təminatı monitorinq olunub.

Qəbul edilmiş şəxslərin müraciətləri dinlənilib və onlar göstərilən münasibətdən, yaradılmış şəraitdən razılıq ediblər.

Başçəkmə zamanı Ombudsmanın 24 saat fəaliyyət göstərən 916 Çağrı Mərkəzi barədə məlumatı özündə əks etdirən plakatlar müəssisəyə təqdim olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax