Operativ Məlumat Mərkəzi

Ombudsman Psixi sağlamlıq sahəsində Milli Strategiyaya yenidən baxılmasını təklif edir

3 dəq
Paylaş:
Ombudsman Psixi sağlamlıq sahəsində Milli Strategiyaya yenidən baxılmasını təklif edir

Psixi sahəsində Milli Strategiyaya yenidən baxılması təklif olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu təkliflə İnsan Hüquqları üzrə Müvəkkil () Səbinə Əliyeva "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada çıxış edib.

Onun sözlərinə görə, Azərbaycanda əhalinin müxtəlif qruplarının psixi sağlamlığının yaxşılaşdırılması, bu sahədə məlumatlılıq səviyyəsinin artırılması istiqamətində zəruri tədbirlər görülür, ayrı-seçkilik hallarına qarşı mübarizə gücləndirilir:

"Ombudsman təsisatı bu sahədə dövlət orqanları tərəfindən həyata keçirilən tədbirləri, proqram və layihələri davamlı olaraq izləyir, müvafiq təhlillər aparır. Hesab edirəm ki, toplanmış məlumatlar asasında Psixi sağlamlıq sahəsində Milli Strategiyaya da yenidən baxılması düzgün olar. Vətən müharibəsi iştirakçılarının postmüharibə dövründə peşəkar və ixtisaslaşmış tibbi, o cümlədən psixiatrik yardımla təmin olunmaları ən vacib məsələlərdən biri kimi qeyd edilməlidir. Ombudsman təsisatı olaraq bu məsələ də diqqətimizdədir".

S.Əliyevanın sözlərinə görə, müşahidə və araşdırmalar göstərir ki, xəstəxanalarında bir qayda olaraq, farmakoterapiya ilə məhdudlaşan müalicə tətbiq edilir. O bildirib ki, xarici ölkələrin müsbət təcrübəsi və müasir yanaşmalar nəzərə alınmaqla izolyasiya təcrübəsindən tədricən imtina edilməsi, icma əsaslı xəstəxanaların, müalicə-istehsal sahələrinin yaradılması, əmək reabilitasiyası təcrübəsinin tətbiqi tərəfimizdən tövsiyə olunur:

"Təəssüf ki, bir sıra psixiatriya xəstəxanalarında, xüsusilə regionlarda müəssisələrdə maddi-texniki baza və şəraitlə bağlı mövcuddur ki, onların aradan qaldınıması məqsədi ilə tərəfimizdən müvafiq təklif və tövsiyələrlə Səhiyyə Nazirliyinə və digər nöqsanlar aidiyyəti qurumlara müraciət edilib".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax