Operativ Məlumat Mərkəzi

Ölkəyə qaçaqmalçılıqla narkotik gətirən “TIR” sürücüsü saxlanılıb

2 dəq
Paylaş:
Ölkəyə qaçaqmalçılıqla narkotik gətirən “TIR” sürücüsü saxlanılıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti zamanı 7 930 qram və 6000 ədəd tərkibli həbin Bakı şəhəri ərazisində satışının qarşısı alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" DİN-ə istinadən xəbər verir ki, Qaradağ rayonu ərazisində keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən, ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olan 35 Məhəmməd Quliyev saxlanılıb.

Onun magistral yolun kənarında gizlətdiyi yerdən tərkibinə psixotrop maddələr əlavə edilmiş 5 kiloqram 670 qram marixuana və 4000 ədəd metadon həbi aşkarlanıb. Həmçinin, M.Quliyevin idarə etdiyi “Mercedes” markalı iri tutumlu yük avtomobilinin salon hissəsində xüsusi hazırlanmış gizli saxlanc yerindən əlavə 2 kiloqram 260 qram marixuana və 2000 ədəd metadon həbi tapılaraq götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, M.Quliyev aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikasının Aslandüz şəhəri ərazisində “İkram” adlı şəxsdən əldə edərək Biləsuvar rayonu istiqamətindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirib.

Törətdiyi cinayət əməllərinə görə həbs olunan M.Quliyevin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax