Operativ Məlumat Mərkəzi

Ölkə ərazisinə külli miqdarda pirotexniki vasitələr və tütün məmulatların keçirilməsinin qarşısı alınıb

1 dəq
Paylaş:
Ölkə ərazisinə külli miqdarda pirotexniki vasitələr və tütün məmulatların keçirilməsinin qarşısı alınıb

Tovuz İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda pirotexniki vasitələrin və tütün məmulatlarının qanunsuz ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, “ Körpü” gömrük postunda Gürcüstandan ölkə ərazisinə daxil olan yük vasitəsinə rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yük əsaslı yoxlamaya cəlb edilib.

Yoxlama zamanı avtomobildən gömrük orqanlarına bəyan olunmayan, ümumilikdə 247 qutu müxtəlif adda pirotexniki və 350 qutu tütün məmulatı aşkar edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax