Operativ Məlumat Mərkəzi

Ölkə ərazisində 11 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

2 dəq
Paylaş:
Ölkə ərazisində 11 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Fevralın 20-i saat 15:00-a olan açıqalnıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, ölkə ərazisində küləkli və yağıntılı davam edir.

Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Tovuz, Ağstafa, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, , Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Xınalıq, Şabran, Şahdağ, Yardımlı, Lerik, Fizuli, Şuşa, Xankəndi, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı və yarımadasının bəzi ərazilərində arabir qar yağır.

Şahbuz, Şəmkir, Naftalan, Ceyrançöl, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Lənkəran, Astara, Ağdamda yağış müşahidə olunur.

Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şirvanda 16 m/s-dək güclənib. Dənizdə dalğanın hündürlüyü 3.8 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 4, Naxçıvan MR-da 3 isti, dağlıq rayonlarda 11 dərəcəyədək şaxta qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax