Operativ Məlumat Mərkəzi

Oktyabrın 10-da Düşənbədə MDB ölkələri liderlərinin sammiti keçiriləcək

2 dəq
Paylaş:
Oktyabrın 10-da Düşənbədə MDB ölkələri liderlərinin sammiti keçiriləcək

Oktyabrın 10-da Düşənbədə () MDB ölkələri liderlərinin sammiti keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

MDB dövlət başçıları və qlobal məsələləri də daxil olmaqla, gündəmin aktual məsələlərini müzakirə edəcəklər. Birlik çərçivəsində siyasi dialoqun daha da dərinləşdirilməsinə, ticari-iqtisadi əlaqələrin gücləndirilməsinə, həmçinin humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.

İclasın sonunda liderlər çoxtərəfli formatda qarşılıqlı faydalı əməkdaşlığın daha da gücləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalayacaqlar.

Bundan başqa, oktyabrın 9-da Düşənbədə Tacikistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, və Rusiya prezidentlərinin iştirakı ilə II "Mərkəzi Asiya – Rusiya" sammiti keçiriləcək. Onlar çoxşaxəli qarşılıqlı əlaqələrin inkişafına dair məsələləri, eləcə də terrorizm, ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər transmilli çağırışlarla mübarizədə fəaliyyətlərin koordinasiyası ilə bağlı tədbirləri müzakirə edəcəklər.

Sammitin sonunda yekun kommünike və birgə fəaliyyət planının qəbul edilməsi nəzərdə tutulur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax