Operativ Məlumat Mərkəzi

Oğuzda evlərdən 300 kq fındıq oğurlanıb, 3 dost saxlanılıb

2 dəq
Paylaş:
Oğuzda evlərdən 300 kq fındıq oğurlanıb, 3 dost saxlanılıb

Oğuzda evlərdən 300 kiloqram oğurlanıb, 3 dost saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Daxili İşlər Nazirliyinin Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Sincan kəndində 3 evdən ayrı-ayrı vaxtlarda ümumilikdə 300 kiloqrama yaxın fındığın oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub.

Aparılan araşdırmalar zamanı oğurluqların eyni şəxslər tərəfindən törədildiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri -axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən üç dost - Elnur Usubov, Murad və Dilavər Mikayılovlar saxlanılıblar.

Saxlanılan şəxslər ifadələrində əməllərini gecə saatlarında həyata keçirdiklərini və oğurladıqları fındıqları Qəbələ rayonuna apararaq orada satdıqların, əldə etdikləri qazancı isə öz aralarında böldüklərini bildiriblər.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax