Əsas məzmuna keç

Ofeliya Sənaninin vəziyyəti - Açıqlandı

Ofeliya Sənaninin vəziyyəti - Açıqlandı

Xəbər verdiyimiz kimi, Xalq Ofeliya xəstəxanaya yerləşdirilib.

Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda xəstənin vəziyyəti stabildir.

“Dekabrın 16-da gecə saat 01:30-da, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nəsimi rayonu ərazisindən daxil olub. Çağırış əsasında 83 yaşlı Xalq artisti Ofeliya Sənani ağciyər ödəmi diaqnozu ilə Xətai Tibb Mərkəzinə təxliyə edilib.

Xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müvafiq müalicələr nəticəsində Ofeliya Sənaninin vəziyyəti stabildir.

Xəstənin bir neçə gün reanimasiyada saxlanılması və sonradan palataya köçürülməsi planlaşdırılır”, - rəsmi məlumatda vurğulanıb.

Xatırladaq ki, Xalq artisti bir müddət əvvəl də xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt ona infarkt diaqnozu qoyulmuşdu.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…