Operativ Məlumat Mərkəzi

Ödənişli yolda ödəmə məntəqələri və qiymət cədvəli açıqlandı

2 dəq
Paylaş:
Ödənişli yolda ödəmə məntəqələri və qiymət cədvəli açıqlandı

“Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Respublikası Prezidentinin Sərəncamına əsasən H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, qeyd olunan avtomobil yolunun ödənişli hissəsinin başlanğıc və son nöqtələri bunlardır:

- Başlanğıc nöqtəsi – Yeni Yaşma ödəmə məntəqəsi, 0-cı km, ( yolun 52-ci km-i);

- Son nöqtəsi – Yeni Sudur ödəmə məntəqəsi, 129-cu km, (Qusar-Xudat yolunun 22-ci km-i).

Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri:

- Giləzi ödəmə məntəqəsi, 23-cü km, (mövcud magistral yolun 75-ci km-i);

- Siyəzən ödəmə məntəqəsi, 53-cü km, (mövcud magistral yolun 105-ci km-i);

- Gəndob ödəmə məntəqəsi, 85-ci km, (R1 Gəndob-Xaçmaz-Yalama yolunun 1-ci km-i) ;

- Xaçmaz ödəmə məntəqəsi, 107-ci km, (R4 Quba-Xaçmaz yolunun 19-cu km-i).

Qeyd edək ki, ödənişli yoldan istifadə edən sürücülər daxil olduğu məntəqələrindən başlayaraq yalnız qət edəcəyi məsafəyə (km) uyğun ödəniş etməlidirlər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax