Əsas məzmuna keç

Nyu-Yorkda Fələstinə dəstək nümayişi təşkil edənlər saxlanılıb

Nyu-Yorkda Fələstinə dəstək nümayişi təşkil edənlər saxlanılıb

bu barədə Nyu-York Polis İdarəsindən verilən açıqlamada bildirilib. Muzeyin ətrafındakı küçə və parklarda toplaşan yüzlərlə insan Fələstinə dəstəklərini...

ABŞ-da Gala tədbirinin keçirildiyi Nyu-York Metropoliten İncəsənət Muzeyi yaxınlığında Fələstinə nümayişi zamanı bəzi etirazçıları saxlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nyu-York Polis İdarəsindən verilən açıqlamada bildirilib.

Muzeyin ətrafındakı küçə və parklarda yüzlərlə insan Fələstinə dəstəklərini bildiriblər. Ölkə mətbuatında yer alan xəbərlərə görə, Mərkəzi Parkda toplaşan kiçik bir qrup “Qəzzaya bombalar yağarkən Met Gala'ya yox” yazılı plakatlar qaldırıb.

Manhettendə bir küçədə toplaşan və əllərində Fələstin bayraqları olan daha böyük bir qrup Qəzza şüarları səsləndirərək İsraildən Qəzzaya hücumlarını dayandırmasını tələb ediblər. Polis tədbirlə etirazçılar arasında boşluq yaratmaq üçün muzeyin yaxınlığında barrikada qurub və bəzi etirazçıları saxlayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…