Operativ Məlumat Mərkəzi

Noyabrın son gününün havası açıqlanıb

2 dəq
Paylaş:
Noyabrın son gününün havası açıqlanıb

Azərbaycanda noyabrın 30-da hava şəraitinin əsasən yağmursuz, bəzi bölgələrdə isə qısamüddətli leysan xarakterli gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Qeyd edilib ki, Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə çiskin olacaq, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin Lənkəran-Astara bölgəsinin bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 2-5° şaxta, yüksək dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax