Operativ Məlumat Mərkəzi

Növbədənkənar parlament seçkiləri ilə bağlı “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlanıb

2 dəq
Paylaş:
Növbədənkənar parlament seçkiləri ilə bağlı “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlanıb

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar “ əməkdaşları üçün kitabçası” hazırlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyinin (DİN) birgə hazırladığı kitabça seçkilərdə polis əməkdaşlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılığının artırılmasına hədəflənib.

Nəşrdə Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi dövründə, seçkiqabağı təşviqat mərhələsində, səsvermə günü, habelə rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması proseslərində polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələri, xidməti vəzifələrinə uyğun həyata keçirəcəyi tədbirlər ətraflı izah olunub.

Konstitusiyası, Seçki Məcəlləsi, “Polis haqqında” Qanun və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli sənədlər əsasında tərtib olunan kitabça polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax