Əsas məzmuna keç

NİİM mobil telefonlardan istifadə ilə bağlı sürücülərə müraciət edib

NİİM mobil telefonlardan istifadə ilə bağlı sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi mobil telefonlardan istifadə ilə bağlı sürücülərə müraciət edib. Bu...

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi telefonlardan istifadə ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə mərkəzdən məlumat verilib.

Bildirilib ki, yol-nəqliyyat hadisələrinin baş səbəblərindən biri də vasitəsinin hərəkəti zamanı sükan arxasında mobil telefondan istifadə etməkdir:

"Bu vəziyyətdə sürücünün diqqəti yayınır və qəza baş vermə riski əhəmiyyətli dərəcədə artır. Təəssüflər olsun ki belə olduğu təqdirdə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur. Təhlükənin miqyasını nəzərə alaraq Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hazırladığı növbəti maarifləndirici videoçarxı təqdim edirik".

"İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əlində saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulub", - məlumatda qeyd olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…